Bağla
Çinar Nəşriyyatı
Çinar Nəşriyyatı
Adətən bir saat ərzində cavab verir
Salam 👋
Sizə necə kömək edə bilərik?
14:26
+994774045828
×
Sualınız var?
3-cü və 4-cü sinif şagirdləri üçün Monitorinq İmtahanı keçiriləcək.

3-cü və 4-cü sinif şagirdləri üçün Monitorinq İmtahanı keçiriləcək.

  • Əlavə edilib: 2024-11-05
  • Baxış: 1961

8-13 noyabr tarixlərində Çinar Monitorinq və Qiymətləndirmə Mərkəzi dövlət ümumi təhsil müəssisələrinin 3-cü və 4-cü sinif şagirdləri üçün monitorinq təşkil edəcək. 

Monitorinq imtahanı ödənişsizdir və onlayn formatda keçiriləcək. 

Monitorinq oxuyub-anlama məzmun xətti və riyaziyyat fənni üzrə təşkil ediləcək. 

Bu monitorinqin əsas məqsədi şagirdlərin bilik səviyyəsini yoxlamaq, onların müvafiq standartlara uyğun bilik və bacarıqlarını müəyyən etmək və təhsil keyfiyyətinin artırılması üçün müvafiq tədbirlər görməkdir.

Test tapşırıqları Elm və Təhsil Nazirliyinin dərsliklərindəki mövzulara uyğun olaraq hazırlanacaq. 

Monitorinqdə hansı fənlər olacaq?

✅3-cü sinif 
♦️Oxuyub-anlama məzmun xətti üzrə-15 sual.
 (Bədii mətndən 5, informativ mətndən 10 sual)
❗️Bədii mətn dinləmə formatında olacaq.
♦️Riyaziyyat-15 sual.
Cəmi: 30 sual 
Müddət: 90 dəqiqə

✅4-cü sinif
♦️Oxuyub-anlama məzmun xətti üzrə-30 sual. (Bədii mətndən 15, informativ mətndən 15 sual)
♦️Riyaziyyat-30 sual. 
(27 qapalı, 3 açıq tipli)
Cəmi: 60 sual
Müddət: 120 dəqiqə

  • Təqlər: Monitorinq 3-cü sinif monitorinq 4-cü sinif monitorinq summativ qiymətləndirmə