Bağla
Çinar Nəşriyyatı
Çinar Nəşriyyatı
Adətən bir saat ərzində cavab verir
Salam 👋
Sizə necə kömək edə bilərik?
15:10
+994774045828
×
Sualınız var?
9 Noyabr. Dövlət Bayrağı Günü.

9 Noyabr. Dövlət Bayrağı Günü.

  • Əlavə edilib: 2024-11-09
  • Baxış: 523

Üçrəngli bayrağın kölgəsində mən
Qaraca torpağı vətən görmüşəm.
Zəfər güllərini dövri-qədimdən
Bayraq işığında bitən görmüşəm.

Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq-öz yurduma öz hakimliyim.

                                                 Bəxtiyar Vahabzadə

 9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür. 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir.

İlk dəfə üçrəngli Dövlət Bayrağımız 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin hökumət iclasında qəbul edildi və həmin iclasın keçirildiyi Nazirlər Şurasının binası üzərində ucaldıldı. Üçrəngli bayrağımız 1920-ci ilin aprel ayına qədər dövlət bayrağı statusuna malik oldu.

Bayrağımızdakı rənglər milli ideologiyamızı təmsil edir: mavi rəng türkçülüyü, qırmızı rəng müasirliyi, yaşıl rəng isə islamçılığı bildirir. Bu ideyanın əsasını böyük Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadə qoymuşdur.

Üçrəngli bayrağımızın yenidən ucalması müstəqilliyin təzahürü kimi 1990-cı il noyabrın  17-də Naxçıvan Muxtar Respublikasında xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə reallaşdı. Heydər Əliyevin rəhbərliyi altında keçirilən sessiyada bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət rəmzi olaraq qəbul edildi. Daha sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında bu üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında iddia qaldırdı. 1991-ci il fevralın 5-də bu iddiaya baxıldı və Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında" Qanunu qəbul edərək bayrağımızı yenidən Dövlət Bayrağı elan etdi.

Nəhayət, 1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq onun dövlət rəmzlərini, o cümlədən üçrəngli bayrağını bərpa etdi. Dövlət Bayrağı azadlıq və müstəqillik mübarizəmizin simvolu kimi xalqımızın tarixində əbədi bir iz buraxdı.

  • Təqlər: 9 noyabr 9November azerbaijanflagday bayraqgünümüzmübarək